Ru
11:52 / 16 Noyabr 2020

Xanım deputat yenə qəzəb yaratdı FOTO

Xanım deputat yenə qəzəb yaratdı  FOTO
Eye

Millət vəkili Könül Nurullayeva yenidən insanların qəzəbinə səbəb olan addım atıb.

"BakuPost" xəbər verir ki, K.Nurullayevanın şəhid evinə ayaqqabılı girməsi sosial şəbəkələrdə ciddi etirazlar yaradıb. Yayılan fotodan görünür ki, evdəki digər şəxslər ayaqqabısızdır. Bu da millət vəkili haqqında kəskin tənqidlərin səsləndirilməsinə səbəb olub.


Millət vəkili Anews.az-a bildirib ki, bu onun üçün hazırlanan növbəti qara piyardır və sosial şəbəkədə yayılan fotosuna gün ərzində rəsmi açıqlama verəcək.

Xatırladaq ki, bir neçə gün öncə K.Nurullayeva dövlətimizin mövqeyi ilə üst-üstə düşməyən açıqlamasına görə tənqid olunurdu.

O, Türkiyənin "TV Net" telekanalının "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə sualına cavab olaraq demişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil."

Bu açıqlamaya görə Milli Məclisin İntizam komissiyası K.Nurullayevaya töhmət vermişdi.




Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Bilmirdiniz yalançı deputatın fəaliyyətı belə olacaq Parlamenti buraxmaq lazımdır Tam məsuliyyətlə deyirəm

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar