Ru
00:03 / 25 Fevral 2020

Koronavirusla mübarizə - Ağ Ev Konqresdən 1 milyard dollar istəyəcək

1635
Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

BakuPost.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.


“Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir” deyə nəşr qeyd edib.

“Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər