Ru
21:41 / 07 Oktyabr 2026

Kral ailəsinə xidmət edən həkim evində öldürüldü

Kral ailəsinə xidmət edən həkim evində öldürüldü
Eye

Britaniya kral ailəsinin həkimi Hanna Terri İngiltərənin şərqində, Norfolk qraflığındakı Sandrinqam malikanəsinin yaxınlığında yerləşən evində ölü tapılıb.


"Bakupost" xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkarlanıb. Məlumata görə, o, başından küt alətlə aldığı zərbə nəticəsində həyatını itirib.

Həkimin əri Mark Keyn qətldə ittiham olunur. O, daha əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hanna Terri Sandrinqam malikanəsində olduqları müddətdə kral ailəsinin yüksək vəzifəli üzvlərinə tibbi xidmət göstərib.

Qəzetin mənbələrinin məlumatına görə, Terrinin ölümü barədə Britaniya kralı III Çarlz və kraliça Kamillaya məlumat verilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar