Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? - VİDEO
803
Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir. Borcalan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir.
Bakupost.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib.
Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər.
Ekspert bildirib ki, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır.
Qeyd edək ki, kredit müqavilələrində zaminlə borcalanın öhdəlikləri eynidir.
Daha ətraflı videomaterialda:
Şərhlər
Bəhram
Kreditə ZAMİN, borca hüquqi zəmanət kimi qəbul-qeyd edilsə də, de fakto heç bir zəmanəti göstərmir. Bu hüquqi qayda: 1)Kredit alanın təxirəsalınmaz maliyyə ehtiyacının ödənməsi; 2)Zaminin Borca-kreditə saxta-formal zəmanəti; 3)Bankın de fakto-natural maddi zəmanət olmadan qazanma-(saxta)varlanma hərisliyi ilə hər iki vətəndaşı-şəxsi və hüquqi Şəxs-bankı aşağılayan saxtakarlıq əqdi deyilmi? Saxta-rəsmi zəmanət, zamin əvəzinə borc-kredit alana iş yerindən verilən arayışla illik əmək haqqının yarısından az məbləğdə kredit (iş yerinin kağız-arayışdan əlavə təsdiqi ilə) heç bir zaminsiz verilsə daha yüksək zəmanət deyilmi?Daha yüksək məbləğdə borc kredit, yalnız alanın rəsmi sənədlərlə təsdiqlənən natural maddi mülk, ya digər əmlakının girov dəyərinə uyğun verilməsini təklif edirəm. Birgə iqtisadi rifah səyimizin ən maraqlı rəqəmi 1993cü ilə olan ümumxalq mülkiyyətindən paylanmış özəl və dövləti mülkiyyət dəyərlərinin ötən otuz mənsubiyyətlər üzrə natural faktiki özəl-ölkə və dövləti dəyərlərimizin neçə qat yüksəlməsidir?