“Pop Mart” mağazalar şəbəkəsinin yaradıcısı, məşhur “Labubu” oyuncaqları ilə tanınan Van Nin Çinin ən varlı 10 milyarderi sırasında yer alıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, onun sərvəti 22,3 milyard dollar olaraq qiymətləndirilir. Həmçinin siyahıya “ByteDance” şirkətinin təsisçisi və “TikTok” platformasının sahibi Çjan İminq 65,5 milyard dollarlıq sərvətlə başçılıq edir.
İkinci yerdə “Nongfu Spring” içkilər şirkətinin rəhbəri Çjon Şanşan (58,7 milyard dollar), üçüncü pillədə isə “PUBG Mobile” və s. məşhur mobil oyunların istehsalçısı olan “Tencent” şirkətinin baş direktoru və “WeChat” tətbiqinin yaradıcısı Ma Xuatenq (52,2 milyard dollar) qərarlaşıb.