Ru
09:34 / 01 Dekabr 2025

Laricani türk dilində paylaşım etdi – “Öz evinizə xoş gəlmisiniz”

Laricani türk dilində paylaşım etdi – “Öz evinizə xoş gəlmisiniz”
Eye

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, ölkənin dini lideri Xameneyinin müşaviri Əli Laricani, Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib.

Laricani bununla bağlı “X” hesabında türk dilində paylaşım edib: “Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm..."

Tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin İrana hücumları əsas müzakirə mövzularından olub. Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə səfərə dəvət etdiyi açıqlanıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar