İran Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə Hüseyn Dehqanın təyin edildiyi iddia olunur.
Bakupost.az xəbər verir ki, bu barədə bu gün səhər yayılan məlumatı İran hakimiyyətinə yaxın teleqram kanalları da paylaşmağa başlayıb.
Hüseyn Dehqan 2 mart 1957-ci ildə anadan olub. 2023-cü ildən etibarən Müstəzəflər Fondunun rəhbəri vəzifəsini icra edir.
O, 2013-17-ci illərdə İranın müdafiə naziri olub.
Qeyd edək ki, bundan öncə Səid Cəlilinin bu vəzifəyə təyin edildiyi iddiası yayılmışdı. S.Cəlili ali liderin aparat rəhbəri və xarici işlər nazirinin Avropa və Amerika işləri üzrə müavini vəzifələrində çalışıb.
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani 17 martda İsrailin endirdiyi zərbələr nəticəsində həlak olub.
***
14:07
Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.