Ru
14:43 / 19 Mart 2026

Dövlət sirrini yayan əcnəbiyə hökm oxundu

Dövlət sirrini yayan əcnəbiyə hökm oxundu
Eye

Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.

Hökmə əsasən, həmçinin o, 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.

Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar