Ru
22:40 / 29 Dekabr 2025

Latviya Rusiya ilə sərhədə hasar çəkdi

Latviya Rusiya ilə sərhədə hasar çəkdi
Eye

Latviya-Rusiya sərhədində hasar tikintisi başa çatıb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, bu barədə layihəyə cavabdeh olan dövlət şirkəti "Valsts Nekustamie Ipasumi" (VNI) məlumat yayıb.

"Ümumilikdə Latviya-Rusiya sərhədində texniki cəhətdən nəzərdə tutulmuş yerlərdə fasiləsiz baryer təşkil edən təxminən 280 kilometr uzunluğunda sədd inşa olunub", – məlumatda deyilir.

2024-cü ildə Latviya-Belarus sərhədi boyunca təxminən 145 km uzunluğunda səddin tikintisi başa çatdırılıb.

"Sərhədin yüksək texnologiyalı avadanlıqla təchiz olunması davam edir və bizim son məqsədimiz – Avropa İttifaqının şərq sərhədində ən müasir sərhəd xidməti yaratmaqdır", – Latviya daxili işlər naziri Rihards Kozlovskis deyib.

Qeyd olunub ki, sərhəd infrastrukturu üzrə işlər davam edir. Buraya patrul yolları, bataqlıq ərazilərdə cığırlar, eləcə də digər mühəndis obyektləri daxildir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar