Ru
12:30 / 20 Yanvar 2020

Lənkəranda dəhşətli qəza: Sürücü yanaraq öldü - FOTOLAR - YENİLƏNİB

5276
Fövqəladə Hallar Nazirliyi Lənkəranda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Lənkəran şəhərinin Girdəni kəndində VOLVO və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.


Hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report"un bölgə müxbirinin əldə etdiyi məlumata görə, ölən şəxs Cəlilabad rayonunun Alar kənd sakini, 1983-cü il təvəllüdlü Əzizov Rasif Nabatəli oğludur.


***
10:38

Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınlarının toqquşması nəticəsində sürücülərdən biri ölüb.

BakuPost Report-a istinadən xəbərinə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.


Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - TIR və Qazel markalı yük maşınları toqquşub. Nəticədə, Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi “Qazel“ markalı yük maşını alışıb.

İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin “113” xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər