Ru
00:17 / 28 May 2019

Leyla Əliyeva kitab təqdimatında – FOTOLAR

4111
Bakı
Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan
dilinə tərcümə olunmuş "Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı
keçirilib.   BakuPost.az-ın
məlumatına görə, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.   Tədbiri
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti
haqqında danışıb.   Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin
aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.   Tədbirdə
çıxış edənlər - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist
Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri
Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi
Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın
qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından
danışıblar.   Təqdimatın
bədii hissəsində müğənni Rinat Alimov sanskritcə mantra (dua) ifa edib. Rəqqasə
Səidə Əliyevanın ifasında hind rəqsləri, Elçin Quliyevin tələbələrinin ifasında
yoqa və nəfəs hərəkətləri təqdim olunub.   Svami
Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin
təbliğatçısı və mənəvi ustadıdır. Oxuculara təqdim edilən "Yoqa və düşüncənin
gücü” adlı kitab yoqa fəlsəfəsi və təcrübəsinin müxtəlif aspektlərini əks
etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs
tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi,
şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv
metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və
tətbiqi kimi mövzularla tanış ola biləcəklər.   Yoqa
adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə
kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi
müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları
aşılayır.

 

Leyla Əliyeva kitab təqdimatında –  FOTOLAR
Leyla Əliyeva kitab təqdimatında –  FOTOLAR
Leyla Əliyeva kitab təqdimatında –  FOTOLAR
Leyla Əliyeva kitab təqdimatında –  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər