Ru
11:54 / 04 Sentyabr 2025

Lionel Messi argentinalı futbolçunu hədələdi: Sən heç vaxt millidə oynamayacaqsan!

Lionel Messi argentinalı futbolçunu hədələdi: Sən heç vaxt millidə oynamayacaqsan!
Eye

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi "Sietl Saunders"də çıxış edən həmyerlisi Pedro de la Veqanı hədələyib.

Bakupost.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu, komandalar arasında keçirilmiş Liqa Kubokunun final matçından sonra baş verib.

Hər iki oyunçu qarşılaşmanın ardından mübahisə ediblər. Messi Veqaya - "mən yığmada olduğum müddətdə sən heç vaxt millidə oynamayacaqsan", - deyib.

Qeyd edək ki, görüş "İnter Mayami"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. Matçdan sonra futbolçular arasında əlbəyaxa dava düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar