Livan erməniləri Şuşada - Sensasion VİDEO

  • 10 Sen 2020 21:26
  • 756 Baxış



Livan ermənilərinin daha bir ailəsi daimi yaşayış üçün işğal altında olan Dağlıq Qarabağa, Şuşaya köçüb.

Erməni seqmentinin sosial şəbəkələrdəki mesajında deyilir.

Məlumata görə, videoda Toni Hajarın üç nəfərdən ibarət olan ailəsi Beyrutda baş verən güclü partlayışdan sonra işğal altında olan Dağlıq Qarabağda məskunlaşdığı deyilir. Toni Hajar – aşpazdır, Qarabağda "planlaşdırdığı kulinariya layihəsi" ilə məşğul olmaq istədiyini bildirib.

Xatırladaq ki, 26 avqust 2020-ci il tarixində Ermənistanın Diasporla İşlər üzrə Baş Komissarı ofisinin mətbuat xidməti Zare Sinanyan iki Livan erməni ailəsinin işğal olunmuş Şuşaya köçürülməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin liderləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.

Onu da qeyd edək ki, Azərbaycan XİN-dən Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş bir ölkə olaraq qanunsuz fəaliyyətlərini, o cümlədən işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirdiyinə dair açıqlama verilmişdi.

Beləliklə, “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsi ilə aparılan monitorinqlər nəticəsində işğal olunmuş Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.

virtualaz.org


  • elimardan
    Ayə.bu oğraşın nə yekə başı var!

X