Kənar dairəvi yolun Lökabatan istiqamətində 3 yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, qəzalardan biri "Chevrolet Aveo" markalı avtomobil və "Mercedes E 220" markalı avtomobilin toqquşması ilə meydana gəlib.
Həmçinin "Mercedes C Class" markalı avtomobil ilə "Toyoto Corollo" markalı avtomobillə toqquşub.
Eyni yolda daha bir qəzanın olduğu, avtomobilin alışdığı və görülən tədbirlər nəticəsində yanğının söndürüldüyü bildirilir.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.