Belarus Prezidenti Aleksandr Lukaşenko 22 məhkumun əfv olunduğunu açıqlayıb. Onlardan 20-si “ekstremizm” maddəsi üzrə məhkum edilmişdi.
Bakupost.az Belarus teleqram kanallarına istinadən xəbər verir ki, əfv olunanların 15-i qadın, 7-si kişidir. Məhkumlardan 11-nin azyaşlı uşaqları var. Hələlik azad edilənlərin adları açıqlanmayıb.
Bu il əvvəl Lukaşenko 123 siyasi məhkumu əfv etmişdi. Bu əfv ABŞ və Avropa sanksiyalarının yumşaldılması ilə əlaqələndirilmişdi. Bundan sonra ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Koul yaxın gələcəkdə təxminən 1000 nəfərin azad ediləcəyini açıqlamışdı.
Cavid, BakuPost