Avqustun 9-10-da M.Teatr - "Mənim Teatrım"da görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.
Qeyd olunub ki, tamaşanın quruluşçu rejissoru Oksana Rasulovadır. Bəstəkarı SİVVA, işıq rəssamı Samir Mehdiyev, geyim rəssamı və xoreoqraf Oksana Rəsulova, quruluş hissə müdiri Rauf Əliyev, səs rejissoru Leyla Həsənova, rejissor assistenti Nicat Məmmədov, fotoqraf Pəri Arifqızı, dizayneri Ziya Ağadır.
Tamaşanın bədii rəhbəri Xalq Artisti Vidadi Həsənovdur.
"Sən həmişə mənimləsən" - bu əhvalat keçmişlə bu gün arasında körpü, sükut içərisindən eşidilən fəryad, ayrılıqdan doğan əbədi məhəbbət, ölməz sevgi hekayəsidir. Gəlin, baxın. Qəlbiniz hərarət, duyğularınız təskinlik tapsın.
Tamaşada rolları Nicat Məmmədov, Pərvin Dadaşova, Aydan Ağazadə, Əfqan Sultanov oynayırlar.
Biletləri iTicket.az saytından əldə edə bilərsiniz.
Lalə,
BakuPost