Magistraturaya qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.
Bakupost.az xəbər verir ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.
Elvina Əliyeva Bakı Ali Neft Məktəbinə 689,6 balla qəbul olub və Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, magistraturaya qəbul imtahanlarında 96 bal ən yüksək nəticələrdən biri hesab olunur.
Azər, BakuPost