Ru
20:41 / 06 Sentyabr 2025

Makronla Modi Ukrayna ilə bağlı müzakirə aparıblar

Makronla Modi Ukrayna ilə bağlı müzakirə aparıblar
Eye

Fransa prezidenti Emmanuel Makron Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Bakupost..az xəbər verir ki, bu barədə Makron "X" hesabında yazıb.

"Mən ona Zelenski və "istəklilər koalisiyası"ndan olan tərəfdaşlarımızla cümə axşamı Parisdə apardığımız işin nəticələrini təqdim etdim", - Makron X-də yazıb.

Onun sözlərinə görə, Hindistan və Fransa Ukraynada ədalətli və davamlı sülh arzusunu bölüşürlər.

“Dostluğumuza və strateji tərəfdaşlığımıza əsaslanaraq, biz sülhün yolunu birgə açmağa davam edəcəyik”, – Makron əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar