Ru
22:44 / 11 May 2026

Maksim Qalkinin Bakı gəzintisi - FOTO

Maksim Qalkinin Bakı gəzintisi - FOTO
Eye

Rusiyalı şoumen Maksim Qalkin bir neçə gün əvvəl Bakıya gəlib.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi konsert proqramında çıxış edib. Qalkin daha sonra şəhər gəzintisinə çıxıb. O, İçərişəhərdən fotolarını izləyiciləri ilə bölüşüb.

Qalkin paylaşımına "Təşəkkürlər, Bakı" qısa şərhini yazıb.

Xatırladaq ki, M.Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumor ustasının sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca, o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk ediblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar