Argentinanın Cronica TV kanalı əfsanəvi futbolçu Dieqo Maradonanın həyatı barədə çəkilmiş son videoyazını nümayiş etdirib.
Çəkiliş Maradonanın ölümündən bir neçə gün əvvəl beynində əməliyyat aparıldıqdan sonra aparılıb. Çarxda keçmiş hücumçu müalicə həkimi Leopoldo Lukeyə müraciət edir.
Maradona deyir:
"Salam, Luke. Çapığım qalsa da, qaydasındayam. Bilirsən ki, belə intim məqamlar xoşuma gəlmir. Lakin yaxşı dostların əhatəsində açılışa bilirəm. Öpürəm səni, Luke. Leopoldo Xasinto Luke".