İranda keçirilən qeyri-adi toy mərasimi sosial şəbəkələrdə diqqət çəkib. Belə ki, cütlük mərasim zamanı maska taxıb, bəyin əlində isə avtomat silah olub.
Bakupost.az xəbər verir ki, kadrlarda arxa planda Əli Xameneinin portretinin asıldığı görünür. Bu görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.