Son günlər paytaxt və bölgələrdə fəaliyyət göstərən marketlərdə ərzaq məhsullarının qiymətində artım müşahidə olunur.
Bakupost.az xəbər verir ki, qiymət artımı un, süd, ət, tərəvəz və digər ərzaq məhsullarında özünü göstərir. Qiymətlərin hiss olunacaq dərəcədə yüksəlməsi alıcıların büdcəsinə birbaşa təsir etməklə yanaşı gündəlik narahatlıqdan çıxaraq sosial müzakirə mövzusuna çevrilib.