Ru
11:38 / 29 Fevral 2020

Martda 15 gün istirahət edəcəyik

3995
Martda 15 gün iş olmayacaq.

İlk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik.


Bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq.

Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-si, 8-i və 9-u istirahət edəcəklər.

On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək.

Martın 21-i və 22-si həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək.

Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq.

Şənbə və bazar günləri də daxil olmaqla 15 gün qeyri-iş günü olacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər