Ru
00:08 / 15 Oktyabr 2019

“Maşın”ın finalçıları BƏLLİ OLDU

8996
Bu gün “Maşın” realiti-şousunun “Maskarad” buraxılışının sonuncu səsverməsi baş tutub.

BakuPost-un məlumatına görə, iştirakçılar aparıcı Kəmalə Piriyevanın şəklini ataraq onu SMS səsverməsinə çıxarıblar. Kəmalə hədəf olaraq həmkarı Lalə Mustafayevanı göstərib.

Oyun zamanı Ramal İsrafilov Kəmaləyə qalib gəldiyi təqdirdə Lalənin əvəzinə onu çıxarmasını xahiş edib.

Aparıcı sonda 47,79 faiz səs toplayaraq, oyunu tərk edib.

Qeyd edək ki, bununla da finala müğənni Ramal İsrafilov, aparıcı Suna Qasımoğlu və Lalə Mustafayeva çıxıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər