Ru
12:16 / 28 Mart 2023

Mayın 1-də quru sərhədlər açılacaq? - Millət vəkilindən açıqlama

Mayın 1-də quru sərhədlər açılacaq? - Millət vəkilindən açıqlama
Eye

Bildiyimiz kimi, dünən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı bəzi tələblər ləğv edilib.

Belə ki, ölkəyə gələn əcnəbilərdən COVID-19 pasportu tələb olunmaycaq.

Bəs, Azərbaycanın digər ölkələrlə quru sərhədlərinin açılması ilə bağlı məsələ həllini tapacaqmı?



Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadə Bakupost.az -a açıqlama verib.

Millət vəkili quru sərhədlərin mayın 1-də açılacağını mümkün hesab edib:

“Azərbaycanda COVID-19 pandemiaysı başa çatır. Mayın 1-də Gürcüstanla quru sərhədlərin açılacağı deyilib. Əminəm ki, o vaxta qədər açılacaq. Bildiyimiz kimi, əsas imkanlar bu ölkə ilə əlaqəlidir. Gediş-gəlişin ən çox olduğu yer də Gürcüstandır. Eyni zamanada, digər ölkələrlə də quru sərhədlərin yaxın zamanda açılacağını güman edirəm. Düşünürəm ki, bu, mayın 1-dən baş tutacaq”.


C.Paşazadə quru sərhədlərin açılmasında gecikmə olmadığını qeyd edib:


“Burada gecikdirilmə olduğunu hesab etmirəm. O qədər zaman keçməyib ki, biz "gecikmişik" deyək. Bununla bağlı indiyə qədər qərar verilməməsi düzgün addımdır. Çünki quru sərhədlər açılsaydı, bəzi yerlərdən ölkəyə kütləvi şəkildə virus yayılardı. Bununla da pandemiya uzun müddət davam edər, ölüm halları çoxalardı. Ona görə də zamanı gəldiyində doğru qərar veriləcəyini düşünürəm”.

Aynur İbrahim
BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar