Ru
11:56 / 28 Yanvar 2026

"Media haqqında" Qanuna dəyişiklik edildi

"Media haqqında" Qanuna dəyişiklik edildi
Eye

İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalarında dəyişiklik ediləcək.


Bakupost.az Trend-ə istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək.

"Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

Media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına yol verilməyəcək.








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar