Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib ki, beynəlxalq axtarışa verilən 13, eləcə də ölkədə axtarışda olan 1 nəfər həbs olunaraq Türkiyəyə gətirilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, saxlanılan şəxslərdən 9-u Gürcüstanda, 2-si Almaniyada, 1-i Ermənistanda, 1-i Xorvatiyada və 1-i Monteneqroda saxlanılıb.
“Axtarılan şəxslər qəsdən adam öldürmə, quldurluq, oğurluq, narkotik ticarəti, silah saxlama, mülkiyyətə zərər vermə və digər ağır cinayətlərdə günahlandırılır”, – deyə Əli Yerliqayanın açıqlamasında bildirilir.
Cavid, BakuPost