Ru
17:36 / 02 Dekabr 2019

"Məgər biz indiyədək “krizis” yaratmışıq?" - Deputatdan Parlamentin buraxılmasına ETİRAZ

3685
Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.

A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.


Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?”
Şərhlər
  • elimardan

    Bir yana baxanda A.Rəhimzadə düz deyir,bunların sir sifətinə gözümüz öyrənmişdi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər