Ru
11:27 / 28 Oktyabr 2025

“Mehdiyevin siyahısı istintaqda varsa, açıqlanacaq" - İqbal Ağazadə

“Mehdiyevin siyahısı istintaqda varsa, açıqlanacaq" - İqbal Ağazadə
Eye

Xəbər verdiyimiz kimi, dünən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayıldı. O, məktubda Azərbaycanda dərin siyasi-iqtisadi böhran yarandığını, dövlət idarəetməsində islahatlar aparılmasının vacibliyini vurğulayır, hakimiyyətin 50 nəfərdən ibarət olacaq Dövlət Şurasına verilməsi təklifi ilə çıxış edir.

Yayılan məktibla bağlı Bakupost.az -a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hər kəs qanun qarşısında bərabər şəkildə cavab verməlidir:

“İstəyir keçmişdə xidməti olsun, yaxud olmasın, hamı qanun qarşısında cavab verməlidr. Nəyin və necə olmağından asılı olmayaraq, əməl varsa, mütləq onun nəticəsi Cinayət Məcəlləsindəki maddələr üzrə cəzalandırılmalıdır”.

Məktubda R.Mehdiyevin "dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət 50 nəfərlik Dövlət Şurası yaradılması" təklifinə toxunun partiya sədri “istintaqın əlində siyahı varsa, yəqin ki, nə zamansa açıqlanacaq” deyib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar