Ru
22:02 / 07 Dekabr 2019

Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - VİDEO

Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib -  VİDEO
Eye

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşümü keçirib.

BakuPost-un Apasport.az-a istinadən məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar