Ru
14:59 / 10 İyul 2025

Məhkəmə məhbusların ailəsini söyən Toliklə bağlı qərar verdi

Məhkəmə məhbusların ailəsini söyən Toliklə bağlı qərar verdi
Eye

Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.

Bu gün keçirilən iclasda məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansı hüququ pozulmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar