Ru
14:22 / 29 Fevral 2020

Məhkəmədən Natiq Cəfərlinin şikayəti ilə bağlı QƏRAR

1910
Bu gün Ali Məhkəmədə REAL-ın icra katibi Natiq Cəfərlinin 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərardan şikayətinə baxılıb.

BakuPost xəbər verir ki, keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olub. Həmin dairədən lider namizəd kimi YAP-ın 27 yaşlı namizədi Səbinə Xasayeva qalib gəlib. Natiq Cəfərli seçkilərin nəticələrinin ləğvi ilə bağlı MSK-ya müraciət edib. MSK-ın onun şikayətini qismən təmin edib və 11 məntəqənin nəticələri ləğv edilib.

Natiq Cəfərli həmin qərardan narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib, məhkəmə onun şikayəti təmin etməyib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər