Ru
16:49 / 30 İyul 2025

Məktəbli forması ilə bağlı vacib AÇIQLAMA

Məktəbli forması ilə bağlı  vacib AÇIQLAMA
Eye

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.

Bakupost.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər:

“Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar