Ru
10:21 / 18 Mart 2026

İt adı ilə tülkü balası satdılar

İt adı ilə tülkü balası satdılar
Eye

Çində bir qadına bahalı bala it adı ilə tülkü balası satıblar.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" yazır.

Çinli qadının sözlərinə görə, küçük kimi aldığı ev heyvanının əslində tülkü olduğunu öyrəndikdə şoka düşüb. Qadın onun üçün təxminən 200 dollar ödəyib. Alıcı izah edib ki, satıcı bunun yapon şpitsi olduğuna dair onu inandırıb.

Lakin bir neçə ay sonra heyvanın sahibi qəribəliklər müşahidə etməyə başlayıb: "küçük" it yemi yeməyi dayandırıb, hürüməyib, burnu isə daha iti, tükləri daha sıx, quyruğu isə adi itlə müqayisədə nəzərəçarpacaq dərəcədə uzun olub.

Parkdakı digər it sahibləri onun ev heyvanının daha çox tülküyə bənzədiyini deməyə başladıqda və onların heyvanları qorxu nümayiş etdirdikdə şübhələr güclənib. Zoopark mütəxəssisi ilə məsləhətləşmədən sonra şübhələr tamamilə aradan qalxıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar