"Mayın 8-də saat 20:00-da 1985-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, ona dəqiqləşdirilməmiş çoxsaylı açıq yaralar diaqnozu təyin edilib:
"Pasiyent cərrahi əməliyyata alınıb, hazırda vəziyyəti stabil qiymətləndirilir".
***
11:36
Cəlilabad rayonunda məktəblilər arasında mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.