Ru
23:40 / 07 Oktyabr 2026

Məktəblilər ayağa qalxdı: 6600 nəfərdən çox saxlanılan var

Məktəblilər ayağa qalxdı: 6600 nəfərdən çox saxlanılan var
Eye

Fransada orta məktəb şagirdlərinin etirazları başlayandan indiyədək 6600-dən çox şəxs saxlanılıb.


"Bakupost" xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Loran Nunyes deyib.

“Etirazlarla əlaqədar ümumilikdə 6629 nəfər saxlanılıb. Həmçinin 761 polis əməkdaşının yaralandığını qeyd etmək istərdim. 215 şagird və 89 məktəb işçisi də xəsarət alıb”, - deyə Nunyes bildirib.

Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında paytaxtın İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları 6000-dən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar