Ru
11:36 / 20 Fevral 2024

Məktəblilərin videosu ilə bağlı cinayət işi açıldı

Məktəblilərin videosu ilə bağlı cinayət işi açıldı
Eye

Bakıda yeniyetmə qıza qarşı məktəbli tərəfindən zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməldə xuliqanlıq cinayətinin (CM-nin 221-ci maddəsi) tərkib əlamətləri olduğu müəyyən edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar