Ru
11:50 / 21 Oktyabr 2021

Düşmənə qalib gəldik, lakin rüşvətə qalib gələ bilməmişik - Sabir Rüstəmxanlı

15070
“Müharibədən sonra yeni Azərbaycan yaranıb”.

Bakupost.az -n məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.


O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır:

“Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.
Şərhlər
  • rüstemxanlıya...

    günümüzde bele rüşvet almayan rektor yoxdur...rüşvet" infeksiyasının "kütlevi yayılmasının esas menbeyi mektebden(lerden) başlayır...telebe dövründen rüşeyim atır...sonra yayılmağa başlayır... ellikle fövqqelade (merkezden başlayaraq)mübarize aparılmalıdır...kadrların seçilmesinde, yerleşdirilmesinde...geniş ictimaiyyetin müzakiresine böyük ehtiyac vardır!

  • Ələkbərov Zaur

    Hörmətli Sabir Rüstəmxanlı, mən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə rüşvətlə mübarizə apardım. Rüşvətin kökünü nə qədər çətin olsada məktəbdən kəsdim. Sonda məni RTŞ nin müdirinin və İcra Hakimiyyətinin başçısının təqdimatı əsasında müqaviləmin müddətinin bitməsi adı ilə işdən çıxardılar. Həmin vaxt sizin partiyanın üzvü hörmətli Fəzail İbrahimliyə 1500 nəfərə yaxın insan müraciət etdi. F. İbrahimli bununla bağlı heç nə etmədi. Bu gün sizin edə bilməyəcəyiniz işi adi vətəndaş necə edə bilər ?

  • Fərhad

    Püşvətə qalib gəlmək o qədər çətin məsələ deyil.Sadəcə bunu hakimiyyətin isyəməsi kifayətdir.

  • Sabir Rüstəmxanlıya

    Rüşvətə qalib gəlmək üçün yalnız Saakaşvilinin metodu yardm edə bilər.Ancaq bizimkilər bunu edərmi?Bir də qanun işləməlidir.Rüşvət verən də rüşvət alanla eyni cinayət ortağı olduğu halda bizdə bu qanunun ikinci hissəsi niyə işləmir?Bizdə yalnız xırda rüşvətxorlatr ifşa olunur.Əgər belə olmasayd onda Hacbala Abutalıbov və digər icra başçıları,nazirlər çoxdan həbs olunaerdılar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər