Ru
13:03 / 17 Mart 2026

“Mən olan efirdə heç kim oxuya bilməz” - Aşıq Əlidən müğənnilərə qadağa - VİDEO

“Mən olan efirdə heç kim oxuya bilməz” - Aşıq Əlidən müğənnilərə qadağa - VİDEO
Eye

Aşıq Əli bəzi müğənni və xanəndələrin ifa etdiyi aşıq mahnıları barədə qalmaqallı açıqlama verib.

Bakupost.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "Gün ortası" verilişində danışıb.

Aşıq bildirib ki, qatıldığı efirlərə əvvəlcədən şərt qoyur:

“Keçən gün görürəm ki, Novruz bayramı şənliklərində xalq artistləri, əməkdar artistlər, maşallah, aşıq mahnıları yazdırıblar, oxuyurlar e. Əcəb edirsiniz, oxuyun. Amma barmaq sayılacaq qədər xanəndələrimiz var ki, bu gün tar-kamansız tədbirə getmirlər, trionu qoruyurlar. Bunu qorumasaq, gələcək nəsilə necə ötürə bilərik?

Artıq telekanallara da demişəm. Mənim olduğum efirdə heç bir xanəndə, müğənni aşıq mahnısı oxuya bilməz”.

Yasəmən, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar