Şimali Koreya da müharibəyə qoşulur? - Yeni müharibə qorxusu
616
Koreya yarımadasında yenidən hərbi gərginlik artıb.
Bakupost.az xəbər verir ki, Şimali Koreya ölkənin şərq sahili istiqamətində 10-dan çox ballistik raket buraxıb və raketlərin paytaxt Pxenyan yaxınlığından atıldığı bildirilir.
Raket atışı ABŞ və Cənubi Koreya arasında davam edən genişmiqyaslı hərbi təlimlərin fonunda həyata keçirilib. Bu təlimlər Şimali Koreya tərəfindən “ölkəyə hücüm üçün hazırlıq" kimi qiymətləndirilir.
Şimali Koreyanın bu addımı bir sıra suallar doğurur. Yaxın Şərqdə baş verənləri nəzərə alsaq, bölgədə yeni müharibə ocağımı yaranır? Koreya yarımadasında gərginliyin artması regiona və ümumilikdə dünyaya necə təsir göstərər?
Mövzu ilə bağlı suallarımıza Cənubi Koreyada yaşayan soydaşımız, Hankuk Regionşünaslıq Universitetinin professoru, politoloq Rövşən İbrahimov cavab verib.