İsrail ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin olduğu binaya zərbə endirib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Teleradio Yayım Şirkəti məlumat yayıb.
***
12:10
İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricanı gecə saatlarında Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan hədəflər arasında olub.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaniyə qarşı da sui-qəsd cəhdi edilib.
Əli Laricani və Qulamrza Süleymaninin hücumdan salamat çıxıb-çıxmadıqları dəqiqləşdirilməyib, əməliyyatın nəticələrinin araşdırıldığı bildirilib.
Məlumatda qeyd edilib ki, Ali Təhlükəsizlik Şurasının katibi İran sistemində Ali rəhbər Müctəba Xameneidən sonra ən nüfuzlu ikinci şəxsdir. Son günlərdə Laricaninin proseslərdən bir qədər kənarda qaldığı və onunla İranın ali rəhbərliyi arasında konflikt və fikir ayrılıqlarının olduğu vurğulanıb.
Qulamrza Süleymani isə “İran vətəndaşlarına qarşı sərt repressiyalara görə məsul olan bölmənin komandanı” kimi xarakterizə olunub.
İran rəsmiləri hələlik bu xəbərlərə reaksiya verməyiblər.