İsrail höküməti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana endirilən hava zərbələri nəticəsində öldürülməsi ilə bağlı yeni paylaşım edib.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, paylaşımda İsrailin Baş naziri Benyamin Netanyahu və digər vəzifəli şəxslər əksini tapıb.
Hökümət başçısının ofisinin paylaşdığı fotoda B.Netanyahu telefonla danışır, onun yanında olan şəxs isə qeydlər aparır.
İddiaya görə, görüntü B.Netanyahunun Əli Laricaninin öldürülməsi əmrini verdiyi an çəkilib.
Qeyd edək ki, İsrail mətbuatının yazdığına görə, martın 15-dən 16-na keçən gecə paytaxt Tehranda hədəf alınan obyekt və şəxslər arasında Əli Laricani də olub.
İsrailin müdafiə naziri İsrail Katz Ə.Laricaninin öldürüldüyünü deyib.
Bu məlumatlar yayılandan sonra Əli Laricani özünün sosial şəbəkə hesablarında paylaşım edib. O, İsrailin iddiası barədə heç nə deməyib, Denada xidmət zamanı şəhid olan İran Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin əsgərlərinə görə başsağlığı verib.
İran rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyib.