Ru
16:01 / 17 Mart 2026

“Qüdrət” “Məhəllə”yə niyə qayıtmadı? – “Məhəbbət” danışdı - VİDEO

“Qüdrət” “Məhəllə”yə niyə qayıtmadı?  – “Məhəbbət” danışdı - VİDEO
Eye

Əməkdar aktrisa Dilarə Əliyeva Rafael İskəndərovun “Məhəllə 3” filminə çəkilməməsi ilə bağlı fikirlərini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə aktrisa “Zarafat bir yana” verilişinə qonaq olarkən danışıb.

Verilişdə aktrisaya ““Məhəllə 1” və “Məhəllə 2” filmləri böyük uğur qazandı, amma “Məhəllə 3” elə çox adamın xəbəri olmadı. Filmdə Qüdrət obrazının olmadığını nəzərə alsaq, deyə bilərikmi ki, “Məhəllə”ni gülməli edən Rafael İskəndərov idi?” sualı verilib.

Aktrisa isə cavabında bildirib ki, bu, sadəcə tamaşaçı yanaşmasıdır və hər kəsin belə düşünməyə böyük haqqı var:

“Çünki filmdə Rafael İskəndərovun (Qüdrət) əvvəldən olmaması halında heç kim “niyə gülməli olmadı” deyə düşünməzdi. Qüdrət obrazı xalqımız tərəfindən çox sevildi və heç kim “Məhəllə”ni onsuz təsəvvür edə bilmirdi. “Məhəllə 3”də də Qüdrətə ehtiyac vardı. Alınmadı, insanlar Qüdrətsiz məhəlləyə baxdılar...”.

D.Əliyeva Rafael İskəndərovun dəvət olunub-olunmaması barədə sualı isə belə cavabıandırıb:

“Ssenari başqa cür idi. Rafael və Coşqun müstəqil fəaliyyət göstərirlər və ola bilsin ki, zamanla həyata, bu cür proyektlərə, layihələrə baxış bucaqları dəyişib. Bu detallar barədə onların adından yanlış danışmış ola bilərəm. Amma əgər iştirak etməyiblərsə, deməli, özlərinə görə səbəbləri mütləq var”.

Yasəmən, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar