İranın Təhlükəsizlik Şurası sədri Əli Laricaninin ölüm xəbərindən dərhal sonra, onun “X” sosial şəbəkəsindəki rəsmi səhifəsindən paylaşım edilib.
Bakupost.az xəbər verir ki, paylaşımda Əli Larinin İranda həlak olmuş 7 nəfər dənizçinin ailələrinə başsağlığı verdiyi qeyd olunub.
“İranın Hərbi Dəniz Qüvvələrinin qəhrəmanlarının dəfn mərasimi ilə əlaqədar:
Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və bu şəhidliklər İslam Respublikasının ordusunun illərlə Silahlı Qüvvələr strukturu içərisində möhkəm olmasını təmin edəcək. Allahdan bu əziz şəhidlərə yüksək dərəcələr verməsini diləyirəm”.
Bununla belə, ekspertlər bildirir ki, həmin post gözlədilən vaxtla yayımlanmış və ya Laricaninin əvəzinə yazılmış ola bilər. Bu da İranda daxili panikanı azaltmaq və vaxt qazanmaq məqsədi daşıyır.
Cavid, BakuPost