Ru
11:31 / 27 Oktyabr 2020

Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu FOTO

31135
Tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
“BakuPost” xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.

Xalqı artisti saytımıza açıqlamasında bildirdi ki, qardaşı oğlu İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib:


“Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”

Ləman Hüseynzadə


Şərhlər
  • Rəhimə Babayeva.

    Lənətə gəlsinlər bu erməniləri heyif bu cavanlardan məkanın cənnət olsun Allah ailənə səbr versin.Şəhidlər ölməz,vətən bölünmız.Vətən sağ olsun.

  • Tamella Məmmədova

    Şəhidlər ölməz...İnşAllah ki, yeri cənnətlik olacaq...Allah ailəsinə səbr versin...Sonunda bizə bir söz demək qalır...Vətən sağ olsun.

  • Alireza taheri

    Allah rahmat elasin karbala wahidlarina hesab olson vatan sag olson

  • İslamov Mustafakamal

    Allah erməni və onun havadarlarına lənət eləsin. Allah yaxınlarına səbr versin. Şəhidlər ölməz!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər