Ru
17:35 / 05 Noyabr 2025

Mərcin məbləği 1 milyon dolları keçdi – Tramp kimi əfv edəcək?

Mərcin məbləği 1 milyon dolları keçdi – Tramp kimi əfv edəcək?
Eye

“Polymarket” proqnoz platformasında istifadəçilər ABŞ Prezidenti Donald Trampın növbəti əfv edəcəyi şəxsi tapmaq üçün artıq 1 milyon dollardan çox məbləği mərcə qoyublar.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, kriptovalyuta rəhbəri Çanpenq Çaonun əfvindən sonra ən çox ehtimal verilən adlar arasında Trampın keçmiş müşavirləri Stiv Bennon və Rocer Stoun (9%), Nyu-Yorkun keçmiş meri Erik Adams (8%), eləcə də sabiq vəkil Rudi Culiani, musiqi prodüseri “Puff Daddy” ləqəbli Şon Kombs və kriptoinvestor Rocer Ver (7%) yer alır.

Ən çox pul isə 916 min dollarla FTX-nın keçmiş rəhbəri Sem Benkman-Frid və 463 min dollarla “Cisleyn Maksvell”in (Cisleyn Maxwell) adlarına yatırılıb.

“Sərhəd divarı” layihəsində dələduzluq ittihamından həbs olunan Bennon 2021-ci ildə Tramp tərəfindən əfv olunmuşdu, Stoun isə 2020-də Konqresdə yalan ifadə vermək ittihamından xilas edilmişdi.

Tramp sonuncu müsahibəsində yeni əfv planı barədə “Kimi nəzərdə tutduqlarını bilmirəm” deməklə kifayətlənib.

Mütəxəssislər bildirir ki, onlayn mərc birjaları artıq siyasi tendensiyaların real vaxtda izlənməsi üçün yeni vasitəyə çevrilib, lakin bu prosesin potensial korrupsiya riski yaratdığını düşünənlər də az deyil.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar