Ru
13:48 / 23 Sentyabr 2021

Keçmiş deputat vəfat etdi

Keçmiş deputat vəfat etdi
Eye

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə mərhumun yaxınları bildirib.

K.Kərimov 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

3 övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar