Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova Əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.
Bakupost.az xəbər verir ki, Feysbuk hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.
O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:
"1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır. Hansılar ki ilkin tibbi yardımı həkim səviyyəsində bilir;
2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;
3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır - əsl kağız, yalançı yox;
Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.
Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız",- o əlavə edib.
Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:
"Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə".
Asena,
BakuPost