Ru
17:58 / 14 Oktyabr 2025

Məşhur kriminal verilişdən ilhamlanan kişi nənəsini yandırdı

Məşhur kriminal verilişdən ilhamlanan kişi nənəsini yandırdı
Eye

Hindistanın Udaypur şəhərində televiziya verilişinə baxdıqdan sonra nənəsini parçalara ayıraraq yandıran şəxs həbs edilib.

Bakupost.az Times of India-ya istinadən bildirir ki, Çandi Bay adlı yaşlı qadının qohumları fevral ayında onun itkin düşdüyü barədə polisə məlumat veriblər. Şahidlər onun gümüş rəngli furqonda aparıldığını görüblər. Sonrakı araşdırma zamanı məlum olub ki, furqon kriminal keçmişi olan Rameş Lohara məxsusdur.

Həbs edildikdən sonra Lohar cinayəti etiraf edib. O, "Drişyam" filmindən və "Kriminal patrul" televiziya şousundan ilham aldığını iddia edib. Yanvarın 9-da ailə şənliyi zamanı o, Şandi Bayda bahalı zinət əşyaları gördüyünü və cinayəti planlaşdırmağa başladığını iddia edib.

Fevralın 22-də Lohar qadını öz mikroavtobusuna mindirib və bir neçə saat ətrafda gəzib, hava qaralana qədər gözləyib. Onu bolt açan açarla vurub, qızıl-zinət əşyalarını oğurlayıb. Daha sonra qadını doğrayıb və yandırıb, qalıqlarını isı zibilliyə səpib. Rameş oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satıb, qalanını əridib. Həyat yoldaşı ərinin "Driçyam və "Krimoinal patrul" ilə vəsvəsəsini təsdiqləyib. İstintaq müəyyən edib ki, o, dəfələrlə həmin filmlərə baxıb və bununla bağlı məzmun axtarıb. Rameş polisə insan qalıqları əvəzinə heyvan sümüklərini göstərərək onları aldatmağa çalışıb.

Aparılan araşdırmalar nəticəsində oğurlanmış qızıl-zinət əşyaları və cinayətdə istifadə olunmuş avtomobil götürülüb. DNT testi qalıqların Çandi Bayaə aid olduğunu təsdiqləyib.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar