Ru
10:57 / 29 Aprel 2026

Məşhur müğənni var-dövlətini satıb, kənddə iş qurdu - FOTO

Məşhur müğənni var-dövlətini satıb, kənddə iş qurdu  - FOTO
Eye

Məşhur türkiyəli müğənni Berdan Mardini sənət dünyasındakı uğurlarını doğulub boya-başa çatdığı torpaqlara qaytarmaq üçün böyük bir addım atıb. O, bütün var-dövlətini - evlərini və avtomobillərini sataraq Mardindəki 78 evli kəndində 10 milyon dollarlıq nəhəng bir istehsal müəssisəsi qurub.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, Berdan Mardini 2016-cı ildə başladığı bu layihə üçün ətrafındakıların "sən dəlisən?" deməsinə baxmayaraq, bütün şəxsi əmlakını fəda etdiyini bildirib.

Layihənin əsas məqsədi Mesopotamiya torpaqlarında kənd təsərrüfatı və sənayeni birləşdirməkdir.

Qurulan fabrikdə Mesopotamiyanın qədim "Rosa Damascena" (Dəməşq qızılgülü) güllərindən istifadə olunur. Müəssisədə aşağıdakı məhsullar hazırlanır:

- Qızılgül yağı;

- Qızılgüllü ətirlər;

- Qızılgüllü limonad;

- Makaron (şirniyyat).

Mardini bu investisiyanın sadəcə qazanc məqsədli olmadığını, əsasən sosial layihə xarakteri daşıdığını vurğulayıb.

Layihədə qadın işçilərin məşğulluğuna xüsusi önəm verilir.

İnsanların öz torpaqlarında iş taparaq xoşbəxt yaşaması və böyük şəhərlərə köçməməsi hədəflənir.

Layihə tam gücü ilə işlədikdə bölgədə 450-500 nəfər işlə təmin olunacaq.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar